Erməni generallar yüzlərlə əsgəri öldürüb: MTX araşdırmalara başladı

   Erməni generallar yüzlərlə əsgəri öldürüb:    MTX araşdırmalara başladı
  01 Dekabr 2021    Oxunub:2317
Ermənistanda hərbi cinayətlərlə bağlı növbəti qalmaqal yaşanıb. AzVision.az xəbər verir ki, yerli media məşhur bloger Roman Baqdasaryanın yaydığı video əsasında araşdırmalara başlanıldığını yazıb.
Qeyd edilir ki, “Qarabağ generalları”nın əleyhinə ciddi ittihamların səsləndiyi kifayət qədər qalmaqallı açıqlama Milli Təhlükəsizlik Xidmətinə göndərilib.

Erməni döyüşçülər bir-birini ifşa etdi: "General və polkovniklərimiz fərari idi"
- Baqdasaryan çıxışında bildirib ki, 44 günlük müharibə zamanı Dağlıq Qarabağ(Keçmiş qondarma rejim-red) "müdafiə ordusu"nun zabit və generalları qətllər törədiblər. Ordu rəhbərliyi elə əmrlər verib ki, bunun nəticəsində yüzlərlə, hətta minlərlə əsgər həlak olub. O cümlədən, təkcə Suqovuşan istiqamətində, cinayətkar əmrlər nəticəsində 250 hərbçi ölüb. Onların ölümündə isə yüksək rütbəli hərbçilər günahkardır. Prokurorluq bəyan edib ki, Baqdasaryan bu videoçıxışında cinayətlə bağlı məlumat verib. Buna əsasən materialın sonrakı müzakirəsi üçün videonun Milli Təhlükəsizlik Xidmətinə təqdim edilməsi qərara alınıb,-məqalədə yazılıb.

Müəllif xatırlatma edib ki, Roman Baqdasaryan Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş razılaşması"nın fəalı və hakimiyyətin qatı tərəfdarıdır. O hətta 2021-ci il seçkiləri zamanı Nikol Paşinyanın qərargahında da görüntülənib.
Xatırladaq ki, bundan öncə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və bir sıra yüksək rütbəli hərbi məmurlar saxlanılmışdılar. Hazırda onların məhkəmə prosesi davam edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   General   Erməni   Əsgər  





Xəbər lenti