"Türkiyə Rusiyaya qarşı sanksiyaları dəstəkləmir” - Çavuşoğlu

"Türkiyə Rusiyaya qarşı sanksiyaları dəstəkləmir” -  Çavuşoğlu
  01 Dekabr 2021    Oxunub:708
“Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyaları dəstəkləmir”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Riqada keçirilən iclasında deyib.

"Bizim fikrimizcə, sanksiyalar (Rusiyaya qarşı - red.) keçmişdə olduğu kimi, problemləri həll etməyəcək. Biz müxtəlif ölkələrə, bəzən Türkiyəyə qarşı sanksiyaların necə tətbiq edildiyini gördük, lakin bu, problemin həlli yolu deyil", - nazir bildirib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə düzgün balans tapmaq lazımdır: "Əgər sanksiyalar əvəzinə çəkindirməni seçsək, o zaman bu, məqsədyönlü olmalıdır. Amma biz Türkiyə olaraq çəkindirmə və dialoq arasında düzgün balansa inanırıq. Yalnız sanksiyaların köməyi ilə Ukrayna və ya başqa ölkəyə kömək edə bilməyəcəyik”, - Çavuşoğlu qeyd edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Mövlud-Çavuşoğlu   Türkiyə  





Xəbər lenti