Demokrat senatorlar Co Baydenin iradəsi əleyhinə çıxıblar

   Demokrat senatorlar Co Baydenin iradəsi əleyhinə çıxıblar
  01 Dekabr 2021    Oxunub:488
ABŞ Senatı “Şimal axını-2” qaz kəmərinin sertifikatlaşdırılmasının iştirakçılarına qarşı sanksiyaları də nəzərdə tutan müdafiə büdcəsinə dəyişiklikləri müzakirə etməyə hazırlaşır. Öz mənbələrinə istinad edən “The Hill” nəşri bu barədə məlumat yayıb.
AzVision.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, demokratlar “Şimal axını-2” boru kəmərinə qarşı sanksiyaların tətbiq olunması barədə düzəlişləri müzakirə etmək itəmədiyindən ötən həftə respublikaçı senatorlar ABŞ-ın müdafiə büdcəsi layihəsinin Konqresin yuxarı palatasında qəbulunu blokladılar. Yalnız demokratların buna razılığı alındıqdan sonra bu gün müdafiə büdcəsi ilə bağlı səsvermənin keçiriləcəyi gözlənilir.
21 düzəliş təsdiqləndikdən sonra təxminən 770 milyardlıq müadfiə büdcəsi layihəsinin qəbul olunması üzrə Senatda səsvermə baş tutacaq.
Bir müddət əvvəl ABŞ Konqresinin Nümayəndələr palatası da müdafiə büdcəsinin “Şimal axını-2” qaz kəmərinə qarşı sanksiyaları da nəzərdə tutan variantını qəbul edib.
Maraqlıdır ki, daha əvvəl isə NATO üzrə müttəffiqlərlə münasibətləri korlamaq istəməyən ABŞ prezidenti Co Baydenin administrasiyası “Şimal axını-2” layihəsinə qarşı yeni sərt sanksiyaların əleyhinə çıxdığını açıqlamışdı. Nəşr onu da vurğulayıb ki, guya ABŞ hakimiyyəti “Şimal axını-2” qaz kəmərinin 1-2 aydan sonra işə düşəcəyini gözləyir.

Sahil İsgəndərov
AzVision.az

Teqlər: ABŞ   Şimalaxını-2  







Xəbər lenti