GUAM helikopter qəzasına görə Azərbaycana başsağlığı verib

   GUAM helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
  01 Dekabr 2021    Oxunub:268
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə təşkilatın tviter səhifəsində paylaşım edilib.

“Hərbi helikopterin təlimlər zamanı faciəvi şəkildə qəzaya uğraması haqqında xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, yaralıların tezliklə tam sağalmasını diləyirik”, - paylaşımda vurğulanıb.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: GUAM   Başsağlığı  







Xəbər lenti