Belarus səfirliyi Azərbaycana başsağlığı verib

   Belarus səfirliyi Azərbaycana başsağlığı verib
  01 Dekabr 2021    Oxunub:766
Belarusun Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterini qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin tvitter səhifəsində paylaşım edilib.

“Xızı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Belarus   Başsağlığı  





Xəbər lenti