"Omikron" bəlası böyüyür

   "Omikron"    bəlası böyüyür
  30 Noyabr 2021    Oxunub:959
İsveçrə Federal Səhiyyə İdarəsi hazırda dünyada yayılmaqda olan yeni ştamla-"Omikron"la bağlı məlumat yayıb.
Bildirilir ki, ölkədə iki təsdiqlənmiş "Omikron" ştammına yoluxma hadisəsi qeydə alınıb. AzVision.az xəbər verir ki, səhiyyə qurumu bununla bağlı Tvitterdə paylaşım edib.

"İsveçrədə iki omikron infeksiyası faktı təsdiqlənib. Hər iki hadisənin bir-birinə bağlılığı var. Həmin insanlar təcrid olunub", - məlumatda deyilir.

Şotlandiya 9 nəfərin "omikron"a yoluxduğunu təsdiqlədi
Qeyd edk ki, ötən bazar günü İsveçrədə ilk ehtimal olunan "Omikron"a yoluxma halı Cənubi Afrikaya səfər etmiş bir kişidə aşkarlanmışdı. Çərşənbə axşamı hökumət yeni ştamma görə kütləvi tədbirlərin keçirilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirləri sərtləşdirə biləcəyini bəyan etdi. İsveçrənin federal hakimiyyət orqanları noyabrın 26-dan Botsvana, Esvatini, Lesoto, Mozambik, Namibiya, Zimbabve və Cənubi Afrikadan uçuşları qadağan etdi.

Xatırladaq ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) fövqəladə iclas keçirərək Cənubi Afrikada aşkar edilmiş koronavirusun yeni ştammının narahatlıq doğurduğunu bəyan etmişdi. Yeni ştam - B.1.1.529 - ÜST tərəfindən yunan hərfi "omikron" ilə adlandırıldı. Ümumdünya Tibb Assosiasiyasının sədri Frank Ulrix Montqomeri isə "omikron"un Ebola virusu ilə müqayisə edilə biləcəyini və delta ştammından da çox yoluxucu olacağını demişdi. Yeni ştamm təkcə Afrikanın cənubunda deyil, həmçinin Belçika, İtaliya, Almaniya, İsveçrə, Kanada, Hollandiya, Avstraliya, İngiltərə və digər ölkələrdə, eləcə də Honq-Konqda müəyyən edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ştamm   Yoluxma  





Xəbər lenti