Vladanka Andreyeva Azərbaycana başsağlığı verib

Vladanka Andreyeva Azərbaycana başsağlığı verib
  30 Noyabr 2021    Oxunub:630
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva bu gün baş vermiş helikopter qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.
AzVision.azxəbər verir ki, o özünün tvitter hesabında bununla bağlı paylaşım edib

“Xızıda faciəvi helikopter qəzası xəbəri kədərləndirdi. Yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir. Xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - BMT rəsmisi yazıb.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti