DSX rəisi: "Qəzada hər hansı kənar təsirdən söhbət gedə bilməz"

      DSX rəisi: "Qəzada hər hansı kənar təsirdən söhbət gedə bilməz"
  30 Noyabr 2021    Oxunub:1404
“Pilot ən yüksək səviyyədə, ağır şəraitlərdə uçuşlara təlimatlı olan pilotlarımızdan biridir. Polkovnik Füzuli Cavadov. Hansı ki, hələ Birinci Qarabağ müharibəsində iştirak edib”.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

DSX rəisi bildirib ki, helikopter tamamilə yeni hərbi texnika olub: “Qara qutu” tapılıb və o Baş Prokurorluqdadır. Hazırda hadisənin səbəbi barədə dəqiq bir şey demək mümkün deyil. Dəqiq onu deyə bilərik ki, hər hansı kənar təsirdən söhbət gedə bilməz”.

Elçin Quliyev qeyd edib ki, hadisə baş verdiyi barədə xəbər alan kimi hadisə yerinə gedib.
O həmçinin qəzada həlak olanlara qanunvericiliyə əsasən şəhid statusu veriləcəyini də söyləyi:
"Qanunvericilik hərbi təlimlərdə həlak hərbi qulluqçulara avtomatik olaraq şəhid statusunun verməsini nəzərdə tutur".

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
.
AzVision.az



Teqlər:





Xəbər lenti