"Yaralıların səhhəti normaldır"- Elçin Quliyev

   "Yaralıların səhhəti normaldır"-   Elçin Quliyev
  30 Noyabr 2021    Oxunub:1236
“Bu gün Dövlət Sərhəd Xidmətinin helikopteri təlim məqsədi ilə Səngəçal aerodromundan qalxaraq "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb".

AzVision.az xəbər ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, hazırda yaralıların sağlamlığının bərpa olunması ilə bağlı zəruri addımlar atılır:
“Yaralılar hazırda DSX-nin Hərbi Hospitalındadırlar, hər ikisi ilə telefon əlaqəsi saxlamışam. Səhhətləri normaldır. Onların sağlamlığının bərpa olunması üçün zəruri tədbirlər həkimlər tərəfindən həyata keçirlir”, - DSX rəisi deyib.

Elçin Quliyev qəzada həlak olanların dəfni ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlar verdiyini də söyləyib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti