“Qəza ilə bağlı şahidlər dindirilib"- Baş prokurorun birinci müavini

   “Qəza ilə bağlı şahidlər dindirilib"-   Baş prokurorun birinci müavini
  30 Noyabr 2021    Oxunub:545
"Hazırda Dövlət Sərhəd Xidmətinin helikopter qəzası ilə bağlı intensiv zəruri istintaq hərəkətləri icra olunmaqdadır".
AzVision.az xəbər verir ki, bu barədə Baş prokurorun birinci müavini Elçin Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə ilə bağlı şahidlər dindirilib, meyitlərin xarici və daxili müayinəsi keçirilib: “Zəruri istintaq hərəkətləri davam etdiriləcək”.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

AzVision.az

Teqlər: Qəza   helikopter   DSX  







Xəbər lenti