`Robot-insan`ların olimpiadası keçiriləcək – VİDEO

`Robot-insan`ların olimpiadası keçiriləcək – VİDEO
  01 Aprel 2014    Oxunub:1247
İki il sonra İsveçrənin Sürix şəhərində fiziki imkanları məhdud olan idmançıların yarışları - “Kibatlon” başlayacaq. Paralimpiya oyunlarından fərqli olaraq, “Kibatlon”un iştirakçılarının ən qabaqcıl yardımçı cihazlardan, o cümlədən robotlaşdırılmış protezlərdən istifadə etmələrinə icazə verilir.
“Kibatlon” iştirakçıları yürüş və qaçışda ekzoskeletlərdən və əzələlərin elektrostimulyasiyasından, bionik əl-ayaq protezlərindən, əlil arabalarından və mexaniki ötürücüsü olan velosipedlərdən istifadə edəcəklər.

Yarışlar 2016-cı il oktyabrın 8-də altı növ üzrə keçiriləcək. Yarış növlərindən biri idmançının neyrointerfeysə qoşulmasını nəzərdə tutur. Xüsusi sayğaclar beyinin elektroensefaloqramını hesablayıb, insanın fikirlərini komandalar şəklinə salacaq, ona monitordakı “avatarını” idarə etmək imkan verəcək. Beləliklə, hətta hərəkət qabiliyyətindən tamamilə məhrum olan insanlar da “Kiberatlon”da iştirak edə biləcəklər.

Olimpiadada təkcə “kiberatletlər” deyil, həm də onları yarışlara çıxaran, protez, proqram təminatı və digər texnologiya işləyib hazırlayan şirkətlər mükafatlandırılacaq.




Teqlər:  





Xəbər lenti