AzVision.az xəbər verir ki, yığıncaq iştirakçılarına müraciətində general Zas parlament meyarının KTMT-nin mütərəqqi inkişafında ildən-ilə daha əsas vaktora çevrildiyini bildirib. O, kollektiv təhlükəsizliyə çağırışlara və təhdidlərə qarşı fəaliyyət üzrə qurumun kollektiv təhlükəsizlik Şurasının sentyabrda keçirilən sessiyası barədə məlumat verərək, KTMT-nin məsuliyyət zonasındakı hərbi-siyasi vəziyyətin davamlı şəkildə kəskinləşməsi tendensiyasını içştirakçıların nəzərinə çatdırıb.
General Zas ABŞ və NATO-nun qruplaşmalarının və hərbi infrastrukturlarının Şərqi Avropa regionunda gücləndirilməsini, KTMT-nin qərb sərhədlərində hərbi təlimlərin intensivliyinin artırılmasını və cənub-şərqi Ukraynada gərginliyi xüsusi olaraq vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az