COVID-19-la bağlı sertifikatlar təsdiqləndi

COVID-19-la bağlı sertifikatlar təsdiqləndi
  29 Noyabr 2021    Oxunub:702
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunma, əks göstəriş və sağalaraq immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası” təsdiqlənib.

Eyni zamanda “Peyvənd Sertifikatı”, “Əks-göstəriş Sertifikatı”nın forması”, “COVID-19-RT-PZR Analiz Nəticəsi Sertifikatı”nın forması” və “İmmunitet Sertifikatı”nın forması” təsdiqlənib.

AzVision.az


Teqlər: Sertifikat  





Xəbər lenti