Daha 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb

   Daha 857 nəfər koronavirusa yoluxub,    26 nəfər ölüb
  29 Noyabr 2021    Oxunub:345
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az - a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 586 640 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7 833 nəfər vəfat edib. 25 992 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5594, bu günə qədər isə ümumilikdə 5 526 664 test icra olunub.

AzVision.az

Teqlər: Koronavirus  







Xəbər lenti