“Binə” və “Sədərəyə” gedən avtobuslar qiyməti qaldırdı

“Binə” və “Sədərəyə” gedən avtobuslar qiyməti qaldırdı
  31 Mart 2014    Oxunub:14659
“Binə” və “Sədərək” Ticarət mərkəzlərinə gedən bəzi marşrut avtobuslarında son günlər süni qiymət artımı müşahidə olunur.
Bu barədə AzVision.az-a sərnişinlər məlumat verib. Bildiriblər ki, paytaxtın müxtəlif istiqamətlərindən sözügedən ticarət mərkəzlərinə gedən avtobuslarda gediş haqqı qaldırılaraq 40 qəpik olub. Halbuki, gediş haqqı əvvəllər 30 qəpik idi. Yeni qiymətlər 3-4 gündür tətbiq edilir.

Sürücülər isə bildiriblər ki, gediş haqqının artırılması ilə bağlı marşrut sahibləri tərəfindən tapşırıq alıblar.

Süni qiymət artımı ilə bağlı AzVision.az Nəqliyyat Nazirliyinə müraciət etsə də, nazirlikdən məsələ ilə əlaqədar cavab ala bilməyib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti