“Dövlət rüsumu haqqında” qanun dəyişdi

   “Dövlət rüsumu haqqında” qanun dəyişdi
  29 Noyabr 2021    Oxunub:914
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
AzVision.az -ın məlumatına görə, dəyişikliyə əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti