ÜST “omikron” ştamı barədə xəbərdarlıq etdi

   ÜST “omikron” ştamı barədə xəbərdarlıq etdi
  29 Noyabr 2021    Oxunub:884
Koronavirusun yeni “omikron” ştamı xəstəliyin ciddi fəsadlarla nəticələnən yayılmasına gətirib çıxara bilər.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi infeksiyanın yayılmasına qarşı mübarizə üzrə prioritet tədbirlərin siyahısında bildirilir. ÜST qeyd edir ki, “omikron” ştamı üçün mutasiyaların sayının çoxluğu xarakterikdir. Yeni “omikron” ştamı ilə bağlı ümumi qlobal risk çox yüksək dəyərləndirilir.

ÜST koronavirusun yeni ştamının əmələ gəlməsi ilə bağlı ölkələrin əhalisinin peyvəndlənmə tempini artırmağa çağırıb. Sənəddə deyilir: “Əhalinin peyvəndlənmə dairəsini mümkün qədər sürətlə genişləndirmək lazımdır. Xüsusən, buraya, ilk növbədə ehtiyacı olanlar, həmçinin indiyədək peyvəndlənməyən, yaxud tam vaksinlənmədən keçməyənlər aiddir”.

ÜST vurğulayır ki, yeni ştama yoluxmalar tam vaksinlənmə kursunu keçən insanlarda, lakin proqnozlaşdırıla bilən sürətdə müşahidə oluna bilər.


AzVision.az


Teqlər: ÜST  





Xəbər lenti