Azərbaycanda "Omikron" ştamı hələ aşkarlanmayıb

      Azərbaycanda "Omikron" ştamı hələ aşkarlanmayıb
  29 Noyabr 2021    Oxunub:1053
Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb.
AzVision.az xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev deyib.

O bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir: "Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb".

Aytən Zəhra
AzVision.az


Teqlər: Ştam  





Xəbər lenti