Azərbaycan, İran və Türkmənistan müqavilə imzaladı

 Azərbaycan, İran və Türkmənistan müqavilə imzaladı
  28 Noyabr 2021    Oxunub:1546
Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.

AzVision.az xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb. Müqavilə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra imzalanıb.
Müqaviləni Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Oci imzalayıb.

Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.

AzVision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti