Rusiyada koronavirusun “Omikron” ştammı aşkarlandı

   Rusiyada koronavirusun “Omikron” ştammı aşkarlandı
  28 Noyabr 2021    Oxunub:1210
Rusiyada koronavirusun yeni “Omikron” ştammı aşkarlanıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Vladimir Kruqlıy bildirib. Onun sözlərinə görə, artıq Rusiyada da “Omikron” ştammı var və virusun yayılma mənbəyi Misirə səyahət etmiş vətəndaşlar ola bilər.

Rusiyanın əməkdar həkimi "omikron" ştamı öyrənilənə qədər Misir Ərəb Respublikası ilə uçuşların bağlanmasına çağırıb.

Qeyd edək ki, bir neçə gün qabaq alimlər Cənubi Afrika Respublilasının Bostvana şəhərində koronavirusun daha təhlükəli olan yeni ştammının aşkar olunduğunu açıqlayıblar.

AzVision.az


Teqlər: Virus  





Xəbər lenti