Ermənistanda koronavirusla bağlı son vəziyyət

Ermənistanda koronavirusla bağlı son vəziyyət
  28 Noyabr 2021    Oxunub:763
Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 337 931 nəfərə çatıb.
AzVision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, ötən sutka ərzində daha 409 nəfər COVİD-19-a yoluxub, 29 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 7514 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 439 nəfərə yüksəlib.

AzVision.az


Teqlər: Ermənistan   virus  





Xəbər lenti