“Facebook” bütün dünyanı internetlə təmin etmək istəyir

“Facebook” bütün dünyanı internetlə təmin etmək istəyir
  29 Mart 2014    Oxunub:1520
AzVision.az ICTnews-ə istinadən verdiyi xəbərə görə, “Facebook” planetin ucqar yerlərində əhalinin internetə qoşulması üçün yeni texnologiyalar hazırlamaq niyyətindədir.

Layihələrdən biri rabitə avadanlığı ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarının yaradılmasını nəzərdə tutur. Belə uçuş aparatları Yer kürəsindən 20 km hündürlükdə yerləşəcək. Həmçinin peyk və lazer texnologiyalarından istifadə planlaşdırılır.

“Facebook”un yaradıcısı və baş direktoru Mark Zukerberq dron, peyk və lazerlərin köməyi ilə planetin ucqar guşələrində insanların internetə ucuz çıxışını təmin etmək niyyətindədir.
Qeyd olunur ki, “Facebook”da yeni texnologiyanın hazırlanması ilə “Connectivity Lab” xüsusi mühəndislər qrupu məşğul olur.
“Connectivity Lab” layihəsi “Internet.org” təşəbbüsü çərçivəsində həyata keçiriləcək. Sonuncu “Facebook” direktoru tərəfindən 2013-cü ilin avqustunda “Samsung Electronics”, “Qualcomm”, “Ericsson”, “Nokia”, “MediaTek” və “Opera Software” şirkətləri ilə birgə təqdim edilib. Təşəbbüsün hədəfi planetin əhalisinin 66 faizinin internetə çıxışını təmin etməkdir.
İndiyədək “Internet.org” layihəsi çərçivəsində tərəfdaşlar Filippin və Paraqvayda 3 milyon yeni istifadəçinin internetə çıxışını təmin etməyə müvəffəq olublar.

"Biz hədəfimizə doğru gedirik və ona nail olmaq niyyətindəyik. Lakin bütün dünyanın internetə çıxışını təmin etmək üçün yeni texnologiyaya ehtiyac var. Hazırda “Connectivity Lab” şirkətinin mühəndisləri bu işlə məşğuldur" – Zukerberq deyib.
“Connectivity Lab”ın layihələrindən biri günəş enerjisi ilə qidalanan və Yer kürəsindən 20 km hündürlükdə yerləşəcək dronun yaradılmasıdır.

Xatırladaq ki, “Google”, həmçinin oxşar layihə üzərində işləyir. 2013-cü ilin noyabrında korporasiya “Project Link” layihəsini elan edib. Bir neçə ay bundan əvvəl korporasiya Yer kürəsindən 18-27 kilometr hündürlükdə yerləşən hava şarına bərkidilmiş avadanlığın köməyi ilə planetin ucqar guşələrinin internetə çıxışı ideyasını paylaşıb. Layihə “Project Loon” adlanır.
Hündürlüklərin göstərilən diapazonu o səbəbə görə “Google” seçilmişdi ki, o, hava nəqliyyatından azaddır (boşdur).


Teqlər:





Xəbər lenti