Əfqanıstanda ata qızını 500 dollara satıb

Əfqanıstanda ata qızını 500 dollara satıb
  27 Oktyabr 2021    Oxunub:873
Əfqanıstanda həddindən artıq yoxsulluq içində yaşayan bir sakin 16 yaşlı qızını 500 dollara satıb.
AzVision.az xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Baqdis əyalətində baş verib.

Ailəyə yaxın şəxsin mətbuata verdiyi məlumata görə, ata Nəcibə adlı qızını 50 min əfqaniyə (549,7 dollar) başqa ailəyə satıb.

Xatırladaq ki, bundan əvvəl də Əfqanıstanda ata öz qızını 590 dollara satmışdı. O, “Times” qəzetinə açıqlamasında 7 nəfərlik ailəni aclıqdan xilas etmək üçün 4 yaşlı qızını satmağa məcbur olduğunu demişdi.

Hazırda Əfqanıstanda ağır humanitar böhran hökm sürür. Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli hesab edir ki, ölkə humanitar fəlakətə yaxınlaşır.

AzVision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti