Mediasiya qaydalarında dəyişiklik edilib
xəbər verir ki, müvafiq dəyişiklik barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın 11-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:
"Uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişi mediator tərəfindən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına təqdim edilməlidir".
Qeyd edək ki, 11-ci hissə "Mediasiya prosesinin yekunlaşdırılması" adlanır və aşagıdakı bəndləri özündə ehtiva edir:
Əgər tərəflər mediasiya nəticəsində barışıq əldə edirlərsə, mediator tərəflərin xahişi ilə barışıq sazişinin hazırlanmasına kömək edə bilər. Mediator tərəflərin qarşılıqlı razılığı ilə barışıq sazişinin şərtlərini müəyyən edir və tərəflərə bildirir;
Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanılır;
Barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır;
Barışıq sazişi təmsilçi vasitəsilə bağlanıla bilər. Təmsilçiyə verilən etibarnamədə onun bu səlahiyyətləri xüsusi olaraq göstərilməlidir.
İkinci dəyişikliyə görə, barışıq sazişi "qüvvədə olan qanunvericiliyə" deyil, qanuna zidd olmamalıdır.
AzVision.az
Teqlər: Mediasiya