Putin enerji bazarındakı vəziyyəti dəyərləndirib

Putin enerji bazarındakı vəziyyəti dəyərləndirib
  27 Oktyabr 2021    Oxunub:1033
"Enerji bazarında vəziyyət son dərəcədə qeyri-sabit olaraq qalır. Söhbət ilk növbədə, Avropadan gedir".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Bu gün biz Rusiyanın yanacaq-energetika kompleksinin və onun qaz seqmentinin inkişafı üçün bir sıra perspektivli layihələri nəzərdən keçiririk. Biz mütəmadi olaraq belə müzakirələr aparırıq və bu, xüsusilə qlobal enerji bazarında mövcud vəziyyət fonunda çox vacibdir. Əvvəla, mən Avropa təbii qaz bazarının konyukturasını nəzərdə tuturam”, - Putin Yamalın resurs potensialı ilə bağlı videokonfransda bildirib.

Rusiya prezidenti qeyd edib ki, Avropada hələ də qazın qiyməti min kubmetr üçün 1000 dolları ötür.

AzVision.az




Teqlər: Vladimir-Putin  





Xəbər lenti