ABŞ səfiri Gəncə terrorunun qurbanlarını anıb - FOTO

   ABŞ səfiri Gəncə terrorunun qurbanlarını anıb -    FOTO
  27 Oktyabr 2021    Oxunub:1428
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Gəncəyə səfər edib.
AzVision.az bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinə istinadən xəbər verir.

Məlumata görə, diplomatın səfərində məqsəd yerli dövlət rəsmiləri ilə görüşmək, USAID/Azerbaijan-in təlim tədbirində iştirak etmək və Gəncənin tarixi, mədəniyyəti haqqında daha ətraflı öyrənməkdir.

Səfər çərçivəsində o, ötən il raket zərbəsi endirilən əraziləri də ziyarət edib. Səfir 2020-ci ilin payız döyüşlərində həyatını itirən, o cümlədən 2020-ci ilin oktyabrında raket zərbəsi nəticəsində həlak olan Gəncə sakinlərinə dərin hüznlə başsağlığı verib.



Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Səfir   Gəncə  





Xəbər lenti