Səhiyyə Nazirliyi: "Bu xəstəliyi olan uşaqların peyvənd olunması məsləhətdir"

      Səhiyyə Nazirliyi:    "Bu xəstəliyi olan uşaqların peyvənd olunması məsləhətdir"
  27 Oktyabr 2021    Oxunub :318
“Risk qrupuna aid olan xroniki xəstəliklərdən əziyyət çəkən (piylənmə, immunçatışmazlığı, ürək qüsuru və xroniki ağciyər xəstəliyi və s.) 12 yaşın üzərində olan uşaqların koronavirusa qarşı peyvənd olunması məsləhətdir. Təbii ki, bu, tövsiyə xarakterlidir”.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Nazirlik rəsmisi bildirib ki, hər iki valideynin razılığı əsasında da 12 yaşın üzərində olan uşaqların koronavirusa qarşı peyvəndlənməsi həyata keçirilə bilər: “Onlara “Pfizer” vaksininin vurulması tövsiyə edilir. Çünki ölkədə istifadə olunan digər peyvəndlər barədə araşdırmalar hələ tam başa çatmayıb. Peyvənd vurulan uşaqlarda əks-göstəriş və ya digər yan təsirlər böyüklərdəki kimidir. Peyvəndlənmə pandemiya dönəmini keçmək üçün vacib amildir”.

AzVision.az

Teqlər:







Xəbər lenti