Ərdoğan: "Füzulidən İstanbula gediş-gəliş olacaq”
O, azad edilmiş ərazilərində həm dəmir yol xətlərinin, həm də avtomobil yollarının çəkildiyini vurğulayıb: “Yolların çəkilişi ilə bağlı işlər davam edir. İnşallah, Azərbaycanla həmrəyliyimiz bu şəkildə davam edəcək və çox qısa zamanda Azərbaycan barmaqla göstərilən ölkələr arasında öz yerini tutacaq”.
Türkiyə Prezidenti Azərbaycana minatəmizləmə avadanlıqlarının göndərildiyini xatırladıb: "Ərazilər minalardan təmizlənir və orada kənd təsərrüfatı sürətlə inkişaf etdiriləcək".
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Azərbaycan Türkiyə