Ermənistan parlamenti Qarabağa dair bəyanatı qəbul etməyib

 Ermənistan parlamenti Qarabağa dair bəyanatı qəbul etməyib
  27 Oktyabr 2021    Oxunub :453
Ermənistan parlamenti Qarabağla bağlı bəyanatı qəbul etməyib.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bəyanat müxalif “Ermənistan” və “Şərəfim var" fraksiyaları tərəfindən hazırlanıb.
“Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Ayk Koncoryan bildirib ki, bəyanat təkcə xarici deyil, həm daxili siyasətə aid olub və müxalifətin hakimiyyətin hərəkətlərinə baxışını əks etdirir.

Xatırladaq ki, sənəddə Azərbaycan və Türkiyəyə yönəlmiş yalan xarakterli ifadələr yer alıb.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Ermənistan  







Xəbər lenti