Kamiriddin Şeyxovdan Azərbaycana dəstək çağırışı- VİDEO

Kamiriddin Şeyxovdan Azərbaycana dəstək çağırışı-   VİDEO
  26 Oktyabr 2021    Oxunub:480
Türkiyənin İstanbul şəhərində keçirilən Türk Şurası mediaforumunda Özbəkistanı təmsil edən “Qalampir.uz” xəbər agentliyinin rəhbəri Kamiriddin Şeyxov çıxışı zamanı Azərbaycanla bağlı maraqlı fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, bütün türk dünyasını salamlayan Şeyxov Azərbaycana dəstəyini ifadə edib və keçmiş Qarabağ münaqişəsinin həllində neqativ mövqe tutmuş ölkələrin siyasətini tənqid edib.

Kamiriddin Şeyxov deyib ki, Qarabağ savaşı bəzi media qurumlarının kimlərinsə əlində oyuncaq olduğunu bir daha sübut etdi:

“30 ildir susan BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın öz haqq savaşına başlayarkən beynəlxalq hüququ yada salması əslində Türk dünyasına qarşı laqeydliyin göstəricisi idi”.

K.Şeyxov Qarabağda gördüklərindən də danışıb.

Həmin çıxışın videoyazısını təqdim edirik:



AzVision.az



Teqlər:





Xəbər lenti