"Füzuliyə təyyarə ilə getmək yuxu kimi idi" - Göksel Aşan

   "Füzuliyə təyyarə ilə getmək yuxu kimi idi" -    Göksel Aşan
  27 Oktyabr 2021    Oxunub:1266
"Ötən gün Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Füzuliyə təyyarə ilə getmək yuxu kimi idi. Amma bu tarixi an yaşandı".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində deyib. Onun sözlərinə görə, beş-on il sonra Qarabağın tam olaraq dirçəlməsinin şahidi olacağıq:

"Artıq dünya Azərbaycan və Türkiyənin "Bir millət iki dövlət" olduğunu gördü. Bundan sonra da bunun belə davam edəcəyinə inanırıq".

O qeyd edib ki, işğaldan azad olunan zonalarda Kiçik və Orta Biznesin İnkişafı aparılmalıdır:
"Onların orada inkişaf etməsi üçün işlər görülməlidir. Türkiyədə ümumi işlərin 97 faizini KOB-lar həyata keçirir".

Azərbaycan və Türkiyə arasında Qars-İğdır- Naxçıvan dəmiryolunun həyata keçiriləcəyini deyən G.Aşan bildirib ki, bu region üçün çox önəmlidir.


AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti