Gürcüstanla Ukrayna NATO-ya qoşulsalar, Rusiyanın cavabı necə olacaq? - Aleksey Arestoviçlə müsahibə

  Gürcüstanla Ukrayna  NATO-ya qoşulsalar, Rusiyanın cavabı necə olacaq? -  Aleksey Arestoviçlə müsahibə
  27 Oktyabr 2021    Oxunub:2337
Bugünlərdə Ukrayna prezidentinin ofisinin rəhbərinin ştatdankənar müşaviri və Kiyevin Donbas üzrə üçtərəfli qrupundakı nümayəndə heyətinin məbuat katibi Aleksey Arestoviç belə bir qalmaqallı bəyanat vermişdi: "Rusiya hakimiyyətinin hərəkətləri ona aparır ki, yaxın gələcəkdə Ukrayna raketləri paritet olaraq Moskvanı nişan ala bilər".
Plexanov adına RİU-nun (Rusiya İqtisadiyya Universiteti) politologiya və sosiologiya kafedrasının dosenti, hərbi politoloq Aleksandr Perenciyev AzVision.az -a müsahibəsində deyib ki, bəli, Kiyev raketlərini Moskvaya tuşlaya bilər, ancaq Rusiyanı qorxutmağa çətin ki gücü çatsın:

- Söhbət Böyük Britaniyanın Ukraynaya satdığı “hava-yer” tipli “Brimstone” raketlərindən və bəlkə də daniz bazalı raketdən gedir. Həmin raketlərdən təyyarə, yaxud PUA silahı kimi istifadə edilərkən atəşin maksimal uzaqlığı 20 kilometrdən bir qədər çox olur. Döyüş sursatının daşıyıcısı vertolyot olduqda bu parametr 12 km-ə qədər azalır. Yəni bu tip raketlər yalnız taktiki döyüş əməliyyatları üçün istifadə oluna, ancaq Donbası, Krımı, Belqorodu, Rostov vilayətini və Krasnodar diyarının bəzi rayonlarını təhdid edə bilərlər.

- Belarus prezidenti Aleksandr Lukaşenko Belarus-Ukrayna sərhədində Rusiyanın "C-400" zenit-raket komplekslərini yerləşdirmək niyyətini bəyan edib. Niyə məhz orada?
- Elə Belaris Respublikası istiqamətində buraxıla biləcək Ukrayna raketlərindən müdafiə sistemini qurmaq məqsədi ilə. Onlar da Belarus sərhədlərini dağıda bilərlər. Ancaq rəsmi Minsk də Ukrayna tərəfdən “istəmədən” edilə biləcək, yaxud qeyri-dövlət subyektlərinin həyata keçirəcəyi raket zərbəsi ssenarilərini nəzərdən keçirir.

- Gürcüstan və Ukraynanın kollektiv müdafiə sisteminin yaradılmasını nəzərdə tutan beşinci, "özünümdafiə" maddəsini (alyans ölkələrindən birinə hücum təşkilatın bütün bütün üzvlərinə hücum hesab edilir) nəzərə almadan NATO-ya daxil olma perspektivlərini necə qiymətləndirirsiniz? Amerikalıların bu ölkələrin NATO-ya inteqrasiyasını sürətləndirmək planı varmı?

- Ukrayna və Gürcüstan artıq Şimali Atlantika alyansında genişlənmdirilmiş imkanları olan tərəfdaş statusuna malikdirlər. Bu status indi o mənaya gəlir ki, NATO hərbi sahədə Ukraynanın bütün resurslarından istifadə edə bilər. Bununla belə, onun müdafiəsi üçün heç bir cavabdehlik daşımır. Bu durum NATO-nu tamamilə qane edir. Bu hərbi blokun rəhbərliyi üçün kollektiv özünümüdafiə haqqında beşinci maddəni nəzərə almadan rəsmi Kiyevi NATO-ya qəbul etməyin heç bir anlamı yoxdur. Bu, mənasız bir şeydir.
İstərdim ki, Ukrayna və Gürcüstandan savayı Finlandiya, İordaniya, İsveçrə və Avstraliya kimi ölkələrin də NATO-nun genişləndirilmiş imkanlara sahib statusa malik tərəfdaşlar olduğunu qeyd edəm. Ancaq bu dövlətlərin hamısı bloklara qoşulmayan neytral statuslarını saxlayırlar. İstisna təkcə bu yaxında yaranan, ABŞ və Böyük Britaniyanın daxil olduğu anqlosakson AUKUS hərbi blokuna üzv olan Avstraliyadır. Bu dörd ölkənin hər biri istənilən halda NATO-ya üzv olmağl götür-qoy edir və o qədər də tələsmirlər. Avstraliyaya isə ümumiyyətlə tələsmək lazım deyil, çünki mahiyyət etibarilə artıq onun anqlosakson elitasındadır.

Amma NATO-nun genişləndirilmiş imkanlar statusu verdiyi dövlətlərin Şimali Atlantika blokuna daxil olması hərbi blokun özünün tətbiq etdiyi prosedurlara müəyyən mənada ziddir. NATO-nun indiki üzvlərindən heç birinə heç vaxt genişləndirilmiş imkanlar statusu verilməyib.
- Ona görə də hesab edirəm ki, bütün bu səs-küylü siyasi informasiyalarda Qərbin Rusiya əleyhinə apardığı psixoloji informasiya müharibəsinin yeni dalğasını görmək olar. Ancaq bütün bunların rəsmi Kiyevin və Tiflisin bloka daxil olmaq fəaliyyətlərinə dəxli yoxdur.

- Siyasi araşdırmalar institutunun direktoru Sergey Markov “Ukraina.ru” saytına müsahibəsində bildirib ki, Ukraynanın NATO-ya daxil olma cəhdləri “yarımüzvlük” ilə nəticələnəcək; ölkə bütün öhdəlikləri götürəcək, ancaq heç bir hüquq qazanmayacaq. Onun fikrincə, belə olacağı halda Rusiya öz qoşunlarını Ukrayna ərazisinə yeridə bilər. Belə olarsa, Rusiya ordusu Ukraynaya girəcəkmi? Girməyəcəksə, Ukraynanı Şimali Atlantika blokuna daxil etsələr, Rusiya hansı addımları atacaq?

- Rusiyalı hərbi politoloq olduğum üçün Ukraynanın NATO-ya daxil olacağı təqdirdə dövlətimin mümkün hərəkətləri haqqında açıqlama vermək hüququm yoxdur. Ancaq tanınmış yumorust Vladimir Vinokurun sözləri ilə cavab verə bilərəm: “Sürpriz olacaq!”

- Gürcüstan NATO-ya daxil olarsa, Rusiyanın buna cavabı necə ola bilər və sizcə Kremlin cavabı necə olmalıdır? Eyni zamanda, bu faktor Cənubi Qafqaz regionuna necə təsir edəcək?


- Rusiyanın cavabının necə olacağı haqda informasiya gizli deyil, ancaq bu barədə aləmə car çəkmək olmaz. Məsələ burasındadır ki, Gürcüstan NATO ilə hər sahədə əməkdaşlıq edir, onun ərazisində Alyansın təlimləri keçirilir. Ancaq rəsmi Tiflisin NATO-ya daxil olması İranla münasibətləri pisləşdirəcək. Bunun Gürcüstanın sosial-iqtisadi durumuna, gürcü cəmiyyətinin daxili vəziyyətinə də təsiri ola bilər. Sözsüz ki, Gürcüstan – Cənubi Osetiya və Gürcüstan – Abxaziya sərhədlərində gərginlik artacaq.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az


Teqlər:





Xəbər lenti