"Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir"- Türkiyə lideri

   "Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir"-   Türkiyə lideri
  26 Oktyabr 2021    Oxunub:676
“Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır”.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan əlaqələrinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq”, -dövlət başçısı vurğulayıb.

Ərdoğan bildirib ki, dünyanın bu gözəl bölgəsində sülh içində yaşamaq mümkündür:

"Davamlı sülhün yaradılması istiqamətində atılacaq addımların qarşılığını Türkiyənin də eyni niyyətlə verəcəyini bir daha xüsusi olaraq vurğulayıram".

AzVision.az



Teqlər: Ərdoğan   Sərhəd   Türkiyə   Ermənistan  





Xəbər lenti