Tonoyana görüş və telefon danışıqları qadağan edilib

 Tonoyana görüş və telefon danışıqları qadağan edilib
  26 Oktyabr 2021    Oxunub:1402
Ermənistanın həbsdə olan sabiq müdafiə naziri David Tonoyana görüş və telefon danışıqları üçün qadağa qoyulub.
AzVision.az xəbər verir ki, bu barədə onun vəkili Sergey Ovannisyan deyib.

Onun sözlərinə görə, qadağa sabiq nazirin yaxın qohumlarına da şamil edilir. Müdafiə tərəfi bu məhdudiyyətlərin ləğvi ilə bağlı tələb irəli sürməyib.

Vəkil əlavə edib ki, bu müddət ərzində Tonoyanın iştirakı ilə heç bir istintaq hərəkəti aparılmayıb və o, ifadə verməkdən imtina edib.

Xatırladaq ki, Tonoyan cari ilin sentybar ayında həbs edilib. Keçmiş nazir büdcədən küllü miqdarda vəsait mənimsəməkdə, saxtalaşdırmada, ictimai təhlükəli əməllər törətməkdə ittiham olunur.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: David-Tonoyan  





Xəbər lenti