"Heç kimi maska taxmağa məcbur etməyəcəm" - Lukaşenko

"Heç kimi maska taxmağa məcbur etməyəcəm" -    Lukaşenko
  26 Oktyabr 2021    Oxunub:934
Belarus prezidenti Aleksandr Lukaşenko maskadan istifadənin əleyhinə olmadığını, lakin heç kimi maska taxmağa məcbur etməyəcəyini deyib.
AzVision.az xəbər verir ki, bu barədə o, Qrodno vilayətindəki xəstəxananı ziyarət edərkən söyləyib.

"Mən heç vaxt maska taxmağın əleyhinə olmamışam, ancaq hesab edirəm ki, onlardan istifadə mədəniyyəti yalnız həkimlərə məxsusdur", - Lukaşenko vurğulayıb.

Əlavə edib ki, maska rejimi və peyvəndlərlə bağlı son bəyanatlarının ardınca qaçaq Belarus müxalifətinin nümayəndələri onu kovid-dissident adlandırmağa başlayıblar.

Prezident vurğulayıb ki, vətəndaşlar bir qayda olaraq maska taxarkən bütün ehtiyat tədbirlərinə və tövsiyələrə əməl etmir, ona görə də onlardan istifadə təsirsiz olur. Belarus prezidenti deyib ki, maska rejiminə düzgün riayət etmək faydalıdır: "Amma eyni zamanda, vətəndaşları maska taxmağa məcbur etmək lazım deyil. Mənim dəmir tələbim - heç kimi məcbur etməməkdir".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Aleksandr-Lukaşenko  





Xəbər lenti