Səfirlik rəsm müsabiqəsinin iştirakçılarını mükafatlandırıb - FOTO

Səfirlik rəsm müsabiqəsinin iştirakçılarını mükafatlandırıb -    FOTO
  26 Oktyabr 2021    Oxunub:1122
Hindistanın Azərbaycandakı səfirliyi 2021-ci ilin "Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsi"nin iştirakçılarını təbrik etmək üçün tədbir keçirib.
AzVision.az xəbər verir ki, ölkənin müstəqilliyinin 75-ci ildönümünə həsr edilmiş qlobal müsabiqə Hindistanın Mədəni Əlaqələr Şurası tərəfindən “Mənim təsəvvürümdə Hindistan” mövzusunda təşkil olunub.

Məktəb şagirdlərinin, Azərbaycan Rəssamlar Assosiasiyasının üzvlərinin və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə müsabiqə üçün onlayn şəkildə təqdim olunmuş azərbaycanlı rəssam və tələbələrin 70 rəsm əsəri və posterlərinin əksəriyyəti nümayiş etdirilib.

Səfir Vanlalvavna Bavitlunq Hindistanın müstəqilliyinin 75 illiyinin qeyd olunması ilə bağlı “Azadi Ka Amrit Mahotsav” adı altında təşkil olunan tədbirləri xüsusi vurğulayıb və belə tədbirlərin iki ölkənin xalqlarını bir-birinə daha da yaxınlaşdıracağını deyib.

Mərasimdə rəssam Günay Zebiç çıxış edərək, müsabqənin əhəmiyyətindən danışıb. Sonra azərbaycanlı musiqiçi İlxas Məmmədov raqa musiqisini ifa edib.




Pərvanə Sultanova
AzVision.az



Teqlər: Hindistan   Azərbaycan  





Xəbər lenti