Ərdoğan Azərbaycana yola düşüb

   Ərdoğan Azərbaycana yola düşüb
  26 Oktyabr 2021    Oxunub:769
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birgünlük səfərə yola düşüb.

AzVision.az xəbər verir ki, ölkə prezidentini Ankara hava limanında Ankara valisi Vasip Şahin yola salıb.
R.T.Ərdoğanı səfər çərçivəsində ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastuktur naziri Adil Karaismayıloğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin mətbuat katibi İbrahim Kalın müşayiət edir.

AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti