Ermənistan parlamentinin sədri Kiprdə təhqirlə qarşılandı- VİDEO
- Kipr ermənisi Akop Manukyan sosial şəbəkədəki səhifəsində Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Kiprdə necə qarşılanmasını əks etdirən video yerləşdirib.
Əllərində plakatlar tutmuş etirazçılar “Satqınlar”, “Erməni qatilləri”, “Sizi burada görmək istəmirik” kimi şüarlar səsləndiriblər. Alen Simonyan maşından düşərkən təhqiramiz ifadələr də eşidilib. Kipr erməniləri daha çox Paşinyan rejimini pisləyən plakatlar qaldırıblar.
Tural Tağıyev
AzVision.az