"Qapımızda bizə yaraşmayan qollar gördük" - Sənan Qurbanov

 "Qapımızda bizə yaraşmayan qollar gördük" -    Sənan Qurbanov
  24 Oktyabr 2021    Oxunub:669
“Öz meydanımızda məğlub olmaq istəməzdik. Çox bəsit qollar buraxdıq”.
AzVision.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qəbələ” ilə keçirilən oyundan sonra mətbuat kondransında deyib.

O, 2:3 hesablı məğlubiyyəti belə şərh edib: “Rəqibi təhlil etmişdik. Təhlükəli hücumçularının olduğunu bilirdik. Qapımızda bizə yaraşmayan qollar gördük. İkinci hissədə rəqib 10 nəfərlə qaldıqdan sonra qol şanslarından yararlana bilmədik. Bu görüşü təhlil edib, “Zirə” ilə matça hazır olmalıyıq”.

Qurbanov qapıçı Stanislav Namaşkonun zəif çıxışı haqda siə bunları deyib: “Aşağı səviyyədə oynadı. 3-cü qolu buraxacağını, elə səhv edəcəyini gözləmirdik. Hər şey ola bilər. Bütün mövqelərdə rəqabət olmasını istəyərik. Gərək qapıçı özünü toparlasın. Kamal Bayramov təcrübəli qolkiperdir. Növbəti görüşlərdə onu meydanda görə bilərik".

AzVision.az


Teqlər:





Xəbər lenti