Dünyada koronavirusa yoluxanların sayı 244 milyonu keçib

   Dünyada koronavirusa yoluxanların sayı 244 milyonu keçib
  24 Oktyabr 2021    Oxunub:737
Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı artmaqda davam edir.
AzVision.az “Worldometers” portalına istinadən xəbər verir ki, dünyada son sutkada koronavirus (COVID-19) infeksiyasına 371 424 yeni yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxan 5 849 nəfər vəfat edib.

İndiyədək dünyada ümumilikdə 244 085 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 958 907 nəfərə çatıb. Virusa yoluxan 221 152 718 pasiyentin isə həyatını xilas etmək olub.

AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti