Azərbaycan və İran XİN başçıları telefonla danışıblar

      Azərbaycan və İran    XİN başçıları telefonla danışıblar
  23 Oktyabr 2021    Oxunub:985
23 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki,bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb.

Nazirlər ikitərəfli münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıblar.

Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda Azərbaycan tərəfindən 2 İranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıblar.

Telefon danışığı zamanı Birgə Hökumətlərarası Komissiyanın, İranın yeni administrasiyası tərəfindən yenilənmiş tərkibdə fəaliyyətinin davam etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Tərəflər bütün fikir müxtəlifliklərinin dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AzVision.az



Teqlər: Azərbaycan   İran   XİN  





Xəbər lenti