Peskovdan üç ölkə liderlərinin Moskva görüşü barədə açıqlama

   Peskovdan üç ölkə liderlərinin Moskva görüşü barədə açıqlama
  23 Oktyabr 2021    Oxunub:1477
“Əgər Ermənistan və Azərbaycan arasında sammitin keçirilməsi ilə bağlı razılıq əldə olunsa, bu barədə məlumat veriləcək”.
AzVision.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada gözlənilən danışıqları barədə məlumatı şərh edərkən deyib.

“Belə bir razılıq əldə olunarsa, sizə bu barədə dərhal məlumat verəcəyik”, - Peskov söyləyib.

Bundan əvvəl media noyabrın ilk ongünlüyündə üç ölkə liderlərinin Moskvada görüşəcəyi və iki sənədin qəbul ediləcəyi barədə məlumat yayıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Dmitri-Peskov   Moskva-görüşü  





Xəbər lenti