"Şuşanı fəth etmək mümkün deyildi"- Arutyunyan

   "Şuşanı fəth etmək mümkün deyildi"-   Arutyunyan
  23 Oktyabr 2021    Oxunub:891
Şuşa şəhəri işğalda saxlanılarkən Tarix Muzeyinin "direktoru" olmuş Aşot Arutyunyan Ermənistan mediasına maraqlı açıqlamalar verib. AzVision.az xəbər verir ki, müsahibədə noyabrın 6-da Şuşadan qaçdığını deyən Aşot arvadına onun ölüm xəbərinin çatdırıldığını da söyləyib.
- Həmin gün Vanetsyanın dəstəsinə bağlı şəxslər zəng edib dedilər ki, “şəhərdən çıxın, sizi mühasirəyə alıblar”. Dörd nəfər idik muzeylərə gedirdik ki, qarışıqlıqdan istifadə edib oranı soymasınlar. Neçə dəfə atəş altına düşmüşük. İnsanlar artıq bizim öldüyümüzü düşünürdülər. Həyat yoldaşıma zəng edib demişdilər ki, əriniz ölüb. Noyabrın 9-da nə baş verdiyini bilirsinizmi? Ayın 9-u ordumuz Şuşaya yenidən hücum etdi. Dedilər ki, həmin gün şəhəri "İsgəndər" raketi ilə vurmaqla hədələyiblər. Şuşanı fəth etmək mümkün deyildi. Mən bunu həmin əraziləri çox yaxşı tanıyan adam kimi deyirəm.

44 gün fərarilik edən erməni komandirlər: Onlara niyə cinayət işi açılmır?
Bilmirəm Şuşa kimin günahından əldən çıxdı. Amma Samvel Babayan artıq qeyd edib ki, hərbi məhkəmə kimin günahkar olduğunu öyrənəcək. Seyran Ohanyanı da orada gördüm. Sadəcə salamlaşdıq. Bəli, demək olar ki, belə bir şəhəri tutmaq qeyri-real idi. Şuşanı müdafiə etmək üçün şəhərdə kifayət qədər qoşun vardı və mən bütün bu ordunu gözümlə görmüşdüm.

Sual edirsiniz ki, belə olan halda, hərbçilər blokadaya necə düşdülər? Əsgər heç vaxt bu cür vəziyyətdə qaçmır. Çünki o zaman bunun üçün məhkəməyə çıxacağını bilir. Əslində, əsgər geri çəkilirsə, deməli, əmri yerinə yetirirdi. Məni heç kim inandıra bilməz ki, erməni əsgəri mövqeyini bu formada verib.

İndi hamını günahlandırmaq çox asandır, bütün erməni xalqını günahlandıra bilərik, hamımız günahkarıq. Amma ən əsası özümüzdə güc tapmaq, bu vəziyyətdən çıxmaq lazımdır. Amma biz parlamentdə bir-birimizin ətini yeyirik.

Maraqlıdır ki, Aşot Şuşanın fəth edilməsini mümkünsüz saydığı halda yenidən hücum edib şəhəri işğal edə biləcəklərini iddia edib. Jurnalist isə “bəs bayaq özünüz iddia edirdiniz ki, şəhəri almaq qeyri-real görünür, o zaman bundan sonra biz necə geri alacağıq?” sualını verib. Aşot çıxılmaz vəziyyətdə yalan danışıb ki, guya 9 noyabr fəthindən sonra ermənilər Şuşanı qısa müddətə geri qaytara biliblərmiş. Ona görə də nə vaxtsa yenə işğal edə, şəhərə girə bilərlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Şuşa   Muzey  





Xəbər lenti