Köçəryan gələn həftədən küçə aksiyalarını bərpa edir

Köçəryan gələn həftədən küçə aksiyalarını bərpa edir
  23 Oktyabr 2021    Oxunub:844
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku gələn həftə mitinq keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya"ya parlamentin “Hayastan” fraksiyasından olan deputatı Aqnessa Xamoyan məlumat verib.

Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalanacaq - KİV
Xamoyan hələlik müxalifət blokunun hazırlaşdığı mitinqin dəqiq tarix və saatını deyə bilməyəcəyini söyləyib.

- Biz heç vaxt küçə, mitinq mübarizələrindən imtina etməmişik. Parlamentə düşəndən sonra da bu barədə dəfələrlə danışmışıq, - Xamoyan deyib.

Qeyd edək ki, uzun müddətdir aksiyalara ara verən radikal müxalifətin məhz gələn həftədən mitinqləri bərpa edəcəyini bəyan etməsi bir sıra suallar doğurur. Çünki Rusiya və Ermənistan mətbuatında 9 noyabrda yeni üçtərəfli müqavilənin bağlanacağı ilə bağlı məlumatlar yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq   Köçəryan  





Xəbər lenti