ABŞ-da qeyri-qanuni miqrasiya rekord həddə çatıb

ABŞ-da qeyri-qanuni miqrasiya rekord həddə çatıb
  23 Oktyabr 2021    Oxunub:798
2021-ci ildə ABŞ sərhədlərində 1,7 milyon qeyri-qanuni miqrant saxlanılıb. Bu rəqəm indiyə kimi aparılan statistikada rekord göstərici sayılıb.
AzVision.az xəbər verir ki, statistika Sərhəd Patrulunun saytında yerləşdirilib. Oktyabrın 1-də başa çatan hesabat dövründə ABŞ sərhədini keçməyə cəhd edən 1,734 686 nəfərin qarşısının alındığı bildirilir ki, onlar da Meksikadan gələnlər olublar.

2020 -ci ildəki qanunsuz miqrantların sayı isə 458 088, 2019 -cu ildə isə 977 509 nəfər imiş. Qeyd edək ki, məlum statistika 1960 -cı ildən aparılır. Qanunsuz miqrasiya 2021-ci ilin iyulunda pik həddə çatıb - 213 593 nəfər.

Xatırladaq ki, keçmiş ABŞ prezidenti Donald Tramp, varisi Co Baydeni "ABŞ -ı cəhənnəmə atmaqda" günahlandıraraq onu ölkəni "Miqrant düşərgəsinə" çevirməkdə ittiham etmişdi. Co Baydenin hakimiyyətə gəlməsi ilə miqrantların sayı əvvəlki dövrlə müqayisədə demək olar ki, dörd dəfə artıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Miqrant  





Xəbər lenti