"F-16-ların tədarükü üçün texniki işlərə başlanılıb" - Akar

   "F-16-ların tədarükü üçün texniki işlərə başlanılıb" -    Akar
  23 Oktyabr 2021    Oxunub:855
Türkiyə ABŞ-dan "F-16" qırıcılarının tədarükü üçün texniki prosedura başlayıb.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin iclasından sonra jurnalistlərə deyib.

O bildirib ki, təyyarələrin tədarükü ilə bağlı texniki işlər başlayıb: "Biz bu prosesi diqqətlə izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun müdafiəsinin güclənməsi deməkdir".

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərini alması ilə əlaqədar "F-35" qırıcılarının tədarükü prosesini dayandırıb. Türkiyə isə bunun üçün ödədiyi 1,4 milyard dolları hər hansı şəkildə geri alacağını bəyan edib. Həmçinin, rəsmi Ankara alternativ variant kimi "F-16"ların satın alınmasının istisna olmadığını açıqlamışdı.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   F-16  





Xəbər lenti