Yevlaxda karantin qaydalarının pozulduğu toy aşkarlanıb

Yevlaxda karantin qaydalarının pozulduğu toy aşkarlanıb
  23 Oktyabr 2021    Oxunub:576
Yevlax Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Qaraməmmədli kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibi İ.Əhmədov və qonaqları barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

AzVision.az



Teqlər: Toy   Karantin  





Xəbər lenti