Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalanacaq - KİV

   Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalanacaq -    KİV
  23 Oktyabr 2021    Oxunub:1508
Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanması gözlənilir. Sənədlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanacaq.

AzVision.az xəbər verir ki, bu barədə “Aliq Media” diplomatik mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını əhatə edir. Sənəd Bakı və İrəvan arasında bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıdıqlarını göstərən SSRİ-nin Müdafiə Nazirliyinin Baş qərargahının 1920-ci il xəritələrinə əsaslanır.

İkinci sənəd isə regionda kommunikasiya əlaqələrinin açılması barədə, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək. Sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   Sənəd  





Xəbər lenti