Biləsuvarda toyda karantin qaydaları pozulub

 Biləsuvarda toyda karantin qaydaları pozulub
  23 Oktyabr 2021    Oxunub:708
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Timur” restoranında təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

Həmin şadlıq sarayını icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə 4000 manat məbləğində cərimə olunub.

AzVision.az



Teqlər: DİN   Toy  





Xəbər lenti