Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib

   Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
  23 Oktyabr 2021    Oxunub:674
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasına Bioloji müxtəlifliyin mühafizəsi barədə protokolun ratifikasiyası barədə qanunu imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Protokol 2014-cü ilin mayında Xəzəryanı ölkələr tərəfindən Aşqabadda imzalanıb. Sənədin məqsədi Xəzər dənizinin bioloji müxtəlifliyinin, ekosisteminin mühafizəsi və bioloji resurslardan dayanıqlı istifadəsinin təmin olunmasıdır. Həmçinin, sənəd Xəzər dənizinin flora və faunasına mənfi təsir göstərən fəaliyyətlərin tənzimlənməsini nəzərdə tutur.

"Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası 2003-cü il ilin noyabrında beş Xəzəryanı ölkənin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri tərəfindən imzalanıb. Azərbaycan Konvensiyanı 2006-cı ilin aprelində ratifikasiya edib.

Konvensiyanın məqsədi Xəzər dənizinin dəniz mühitini çirklənmədən qorumaq, bioloji ehtiyatlarının mühafizəsi, bərpası, onlardan davamlı və səmərəli istifadədir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Xəzər   Konvensiya   Qazaxıstan  





Xəbər lenti